Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə 158 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Filialın müdiri Arzu Xudayarova tədbiri açaraq görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Tədbirdə dramaturqun “Sevil” və “Almaz” pyeslərindən səhnələr göstərilib. Şagirdlər ədibin “Ölkəm” və “Mən bir solmaz yarpağam ki...” şeirlərini söyləyiblər.
Sonda “Böyük ədib və dramaturq – 120” adlı sərgiyə baxış keçirilib.



Xəbərlər  Tarix:   29 Yan 2019 / 16:22


« Əvvəlki xəbər (6837 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR