Abşeronda avtomobillə vurulan qadın ölüb

Abşeron rayonunun Güzdək kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Həsənov idarə eydiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   22 İyul 2021 / 13:32


« Əvvəlki xəbər (2253 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR