"OPEC+" alyansının iclası öncəsi neft qiymətləri artır

"OPEC+" alyansının iclası öncəsi dünya bazarlarında neft qiymətləri artır.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.17-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 0,68 % bahalaşaraq, 1 bareli 72,12 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,69 % bahalaşaraq, 1 bareli 68,97 ABŞ dolları təşkil edib.
İnvestorlar "OPEC+" alyansının keçiriləcək iclasını gözləyirlər. "OPEC+" üzvləri hər ay neft hasilatının gündəlik 400 min barel artırılması haqqında qərarı yenidən müzakirə edəcəklər.
Bundan başqa, treyderlər Amerika Neft İnstitutunun (API) ABŞ-dakı neft ehtiyatları ilə bağlı məlumatlarını qiymətləndirirlər. Belə ki, API-nin qiymətləndirməsinə görə, ABŞ-da neft ehtiyatları 4,05 milyon barel azalıb. Analitiklər isə ehtiyatların 2,8 milyon barel azalacağını güman edirdilər.



Xəbərlər  Tarix:   1 Sen 2021 / 11:16


« Əvvəlki xəbər (111 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR