Səyyar “ASAN xidmət” Pirallahı rayonunun sakinlərinə xidmət göstərəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
04.11.2021-18.11.2021-ci il tarixlərində Pirallahı rayonunun sakinləri də səyyar “ASAN xidmət”dən yararlana biləcəklər. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Pirallahı qəsəbəsində, Gənclər Mərkəzinin qarşısındakı ərazidə xüsusi yer ayrılıb, xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb və əhali arasında müvafiq təbliğat işləri aparılıb.
Qeyd edək ki, səyyar şəkildə göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Xəbərlər  Tarix:   1 Noy 2021 / 14:16


« Əvvəlki xəbər (568 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR