Xəzər rayonu, Binə qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holding-in maliyyə dəstəyi ilə Binə qəsəbəsinin sosial-iqtisadi infrastrukturunun inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Qəsəbədə ümumilikdə 650 nəfərədək əhalinin yaşadığı, uzunluğu 2,2 km olan Əli İsazadə küçəsi, döngə 4, Məhəmməd Füzuli küçəsi və yolətrafı infrastruktur yenidən qurularaq cari ilin oktyabr ayında istifadəyə verilmişdir.
Təmir-tikinti işləri çərçivəsində əsas və məhəllə yollarına, həmçinin yaşayış evlərinin qarşısına 17145 kv metr asfalt vurulmuşdur. Bundan əlavə, qeyd olunan ünvanda sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə uzunluğu 2000 metr olan piyada səkiləri tikilmişdir.
Əlavə olaraq yağış sularının kənarlaşdırılması məqsədilə uzunluğu 2100 metr olan boru çəkilərək, 55 yağış barmaqlığı quraşdırılmış və 450 kub metr həcmdə 3 beton rezervuar tikilmişdir.



Xəbərlər  Tarix:   3 Noy 2021 / 15:55


« Əvvəlki xəbər (1812 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR