Masallı rayonu sakinin acınacaqlı vəziyyəti

“Uğurmedia Xəbər və Yayım İnformasiya Agentliyi”nin redaksiyasına Masallı rayon Kiçik Səmidxan kəndində yaşayan bir ailənin vəziyyəti ilə bağlı müraciət edilmişdir.Müraciət əsnasında Qurbanov Samid Xanlar oğlunun öz ailəsi,qardaşının ailəsi və anası ilə birlikdə-11 nəfərin üç otaqlı bir evdə yaşadığı müəyyən edilmişdir.Ailənin vəziyyəti həm maddi,həm də mənəvi olaraq çox ağırdır.Ailə başçısının gəliri gündəlik xərclərə və kommunallara ancaq yetir.Qurbanov Samid II qrup hərbi əlil olmasına baxmayaraq 6 aydır ki,təqaüdü də kəsilib.Bundan başqa Samid bəyin anası Qurbanova Zeynəb Abbas qızı şəkər xəstəsidir və aldığı pensiya ilə ailəyə köməklik edir.
“Uğurmedia Xəbər və Yayım İnformasiya Agentliyi” adından Masallı rayon İcra Hakimiyyətindən,aidiyyatı qurumlardan və xalqımızdan bu ailəyə biganə qalmamağı,lazımi köməkliyin göstərilməsini xahiş edirik.
Biz dövlətimizi,prezidentimizi hər zaman dəstəkləyən media olmuşuq və indi də inanırıq ki,bu xəbər paylaşıldıqdan sonra məsələylə bağlı aidiyyatı qurumlar lazımi tədbirləri görəcək və problem öz həllini tapacaqdır.



Öz xəbərlərimiz  Tarix:   4 Noy 2021 / 15:55


« Əvvəlki xəbər (1806 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR