Azərbaycan Kikboksinq Federasiyası loqosunu dəyişdi

Azərbaycan Kikboksinq Federasiyası loqo dəyişikliyi edib.yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub.
Belə ki, loqonun həm sol, həm də sağ tərəfi üçrəngli bayrağımızın rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayrağımızda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Kikboksinq Federasiyasının əvvəlki loqosu 2000-ci ildən mövcud idi.
Xatırladaq ki, daha əvvəl Gənclər və İdman Nazirliyi, eləcə də Cüdo Federasiyası və Kanoe və Avarçəkmə Federasiyası loqo dəyişikliyi etmişdi.



Xəbərlər  Tarix:   5 Apr 2022 / 10:20


« Əvvəlki xəbər (1588 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR