Svante Kornel: "Nəqliyyat yollarının açılması region üçün yeni imkanlar yaradır"

"Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması region üçün yeni mərhələnin başlanğıcı deməkdir".Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) direktoru Svante Kornel Şuşada beyin mərkəzləri arasında keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” konfransında bildirib.
“Erməni separatçılığı Sovet İttifaqında bu cür münaqişələrə rəvac verib” – deyən qurum rəhbəri Qarabağ münaqişəsinin həllilə regionda yeni mərhələnin başladığını diqqətə çatdırıb: “Əlbəttə, qarşıda görüləcək xeyli işlər var”.
O, Azərbaycandakı iqtisadi artımın azad olunmuş əraziləri sürətlə bərpa etməyə şərait yaratdığını dilə gətirib.
Ekspert həmçinin Azərbaycanın müstəqil xarici siyasət yeritdiyini də qeyd edib: “Azərbaycana nəzarət etmək cəhdləri əbəsdir, onunla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq olar”.
Onun fikrincə, regionda yaranmış yeni reallıqlar Ermənistanı əvvəlki fikirlərindən daşınmağa vadar edib. O, Ermənistanı qonşularını işğal etməyə yox, onlarla təmas qurmağa başlamağa çağırıb.
Ekspert hesab edir ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər Ermənistanda da müəyyən daxili proseslər başlaya bilməzdi.
Regionda kommunikasiyaların açılmasının yeni imkanlar yaradacağı da diqqətə çatdırılıb: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsilə bağlı faciəvi hadisələr Şərqlə Qərb arasında ticarət əlaqələrini pozdu, nəticədə alternativ marşrutlara ehtiyac artdı. Zəngəzur dəhlizinin açılması bu mənada dəyərli töhfə ola bilər”.



Xəbərlər  Tarix:   28 Apr 2022 / 15:40


« Əvvəlki xəbər (172 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR