Türkiyədən Mərkəzi Asiyaya yük daşımalarında Azərbaycanın payı 50%-ə çatdırılacaq

Türkiyədən Mərkəzi Asiyaya yük daşımalarında Azərbaycanın payı 50%-ə çatdırılacaq.xəbər verir ki, bu məqsədlə Türkiyənin ən böyük holdinqlərindən olan “Albayrak” şirkətlər qrupu Bakı Limanının “Ro-Ro” terminalının inkişafı və idarəedilməsində iştirak edəcək.Bildirilib ki, hazırda Mərkəzi Asiya və Türkiyə arasında illik TIR dövriyyəsi 120-150 min ədəd arasında dəyişir və bu yüklər regionda TIR daşımaçılığı üzrə lider dövlət olan Türkiyə şirkətlərinə məxsus nəqliyyat vasitələri ilə daşınır.
Hazırda bu həcmin cəmi 20%-i Azərbaycan üzərindən keçir. Əsas hədəflərdən biri də qısamüddətli dövr üçün bu həcmin ən az 50%-nin Azərbaycandan tranzit keçidini təmin etməkdir.Bunun sayəsində tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırmaqla yanaşı, ölkə iqtisadiyyatına əlavə dəyər qatmaq da mümkün olacaq.
Qeyd edək ki, bu məqsədlə Bakı Limanı təkərli texnikalarının daşındığı “Ro-Ro” terminalının texniki imkanlarının genişləndirilməsi və əlavə yük cəlbinin təmin edilməsi ilə idarəedilməsi üçün Türkiyənin “Albayrak” şirkətlər qrupu ilə müqavilə bağlayıb.



Xəbərlər  Tarix:   15 İyul 2022 / 15:41


« Əvvəlki xəbər (1042 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR