"Oğurluqda beıə şərəfsizlik olmadı və ya 6 saylı doğum evində qan donduran rəzalət !

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Dünən Elmi Tədqiqat və Mama Ginekologiya (6 sayılı doğum evi) qan donduran oğurluq hadisəsinin qarşısı alındı.
Oğurluq dedikdə yəqin ki,əmlak, pul, sənəd və s. kimi əşyalar ağlınıza gəldi. Mən sizə ağlınıza gəlməyən oğurluq hadisəsindən bəhs edəcəm.
28 gun bundan öncə Züleyxa xanımın övladı bəhs etdiyimiz doğum evində dünyaya gəlir. Doğuşu qəbul edən Nailə həkimin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı sayəsində körpə kəllə-beyin travması ilə doğulur. Başında qorxunc şiş əmələ gələn körpə doğuşdan dərhal sonra aparata qoşulur və nevropatoloq Rüstəm həkim müalicəyə başlayır ya da valideynə elə məlumat verərək aldadırlar. Çünki, 28 günlük müalicə dövründə kəllə-beyin travması kimi ağır bir xəstəliyin müalicəsi üçün valideynlərə bir dənə də olsun resept təqdim olunmayıb ki, körpənin hansı müalicə kursu keçdiyi məlum olsun. Bu zaman içərisində isə körpəni ata-ana, baba-nənələr ilə görüsdürməyiblər. Nəhayət dünən, yəni “26 iyul 2022”-ci il tarixində, səhər saatlarında körpənin valideyinlərinə körpənin ölməsi barədə məlumat verilir. Başıalovlu xəstəxanaya gələn ailəyə körpələrinin meyidi verilmədi, ardından isə açıq-aşkar bunu söyləməkdən çəkinmirlər:-"İndi körpənin nəşini verə bilmərik. Gözləyin dərmanın təsiri keçsin sonra ekspertizaya aparın".
Məlum məsələdir ki, 28 gün aparata qoşulu yaşamış körpənin bədənində dərmanların olması təbii hall deyilmi? Elə isə həkimlər hansı dərmanın orqanizmdən sovrulmasından bəhs edirlər? Bəlkə bilərəkdən körpənin həyatını sonlandırmaq üçün təyinatdan kənar dərmandan istifadə olunub? Əlbəttə ki, bütün bunlar məhkəmə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Biz isə gələk əsas məsələyə.
Bəhs etdiyim kimi səhər saatlarında dünyasını dəyişən körpə 16-00-a kimi nə ailəyə təhvil verilir, nə də hüquqi işləmələr aparılır. Nəhayət mətbuatın müdaxiləsi ilə üzbə-üz qalan baş həkim, mətbuat nümayəndələrinin və ailənin fikrini yayındıraraq, körpənin meyidini xəstəxanadan çıxarılması üçün tapşırıq verdi. Arxa qapıdan oğurluqla çıxarılan körpə ağ rəngdə “niva” markalı avtomobildə həkim və tibb işçisinin iştirakı ilə xəstəxanadan çıxarılmağa cəhd edildi. Zamanında fərq edilən oğurluq körpənin valideynləri və mətbuat nümayəndələrinin müdaxiləsi ilə qarşısı alındı. Körpənin meyidini qaçıran həkimdən bunu nə üçün və haraya götürdüyünü soruşduqda isə , " bizi niyə çəkirsən" deməkdən də utanmadılar.
Baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına məlumat verildi. Nəhayət ki, hadisə yerinə gələn müstəntiq böyük çətinliklə körpəyə dair sənədləri alıb, meyidi ekspertizaya göndərdi. Bütün bunlar yaşanarkən xəstəxananın baş həkimi bir dəfə də olsun ortalığa çıxmadı, hadisələrə fikir bildirmədi. Sanki özünün və işçilərinin etdiyi adi bir hal imiş kimi halını belə pozmadı. Bütün bunlar yetməzmiş kimi körpənin cəsədini oğurlamaqda cəhd edən “niva” avtomobilinin sürücüsü həyasızlıqla övladını itirmiş atanın qarşısına çıxıb, "Səni həbs etdirəcəm. Çənəmi cızmısan". Sürücünün son sözü xəstəxanadakı iyrənc mənzərənin iç üzünü çılpaqlığı ilə ortaya qoydu.
Baş verənlərlə bağlı “Uğur Medianın” redaksiyasına üz tutan acılı ailə onlara yaşadılan özbaşınalığın,qanunsuzluğun,hərcmərcliyin,ölkə ictimaiyətinə çatdırılmasını və övladlarının ölümündə birbaşa günahkar hesab etdikləri Nailə həkimin Cəmilə həkimin və Rüstəm həkimin hərəkət və hərəkətsizliklərini ölkə rəhbərinə Mehriban xanım Əliyevaya ,Baş prakrorluğa,OMBUDSMANa ,TƏBİBə çatdırmağımızı xahiş etdilər.
Bizdə öz növbəmizdə düşünürük ki, layiqli cəzalarını almayan günahkarlar sabah hansı bir Azərbaycan körpəsini məhv edib, ailəsini gözüyaşlı qoyacaqlar.
TƏRİFƏ MAQSUDOVA!



Öz xəbərlərimiz  Tarix:   27 İyul 2022 / 15:23


« Əvvəlki xəbər (956 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR