"Gənc ekoloqların yay düşərgəsi"nə start verilib

Xaçmaz Olimpiya İdman Kompleksində "Gənc ekoloqların yay düşərgəsi"nə start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə ölkənin 39 şəhər və rayonundan ümumilikdə 60 gənc iştirak edir. Düşərgənin ilk günü açılış mərasimi baş tutub, istedadlı gənclər bir araya gələrək 5 komandaya bölünüblər (“Xarıbülbül”, “Şərq Çinarı”, “Pətək”, “Hirkan”, "Qızılağac").
Daha sonra, "Ekoloji təmizlik" mövzusunda təlim keçirilib. Təlim zamanı qlobal ekoloji problemlər, onların həlli yolları, qarşıya qoyulan prioritet məqsədlər və bu məqsədlərin həyata keçirilməsində gənclərin rolundan danışılıb.
Düşərgə günləri ərzində gənclər arasında incəsənət sahələri üzrə müxtəlif müsabiqələrin, yaradıcılıq axşamlarının, ekskursiyaların keçirilməsi də nəzərdə tutulub.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:17


« Əvvəlki xəbər (678 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR