Şuşa şəhərində ilk dəfə Qısa Dalğalı tezlik diapazonlarında həvəskar radiostansiyası efirdə aktiv fəaliyyət göstərib

Gənclər və İdman Nazirliyinin və Aselsan-Bakü şirkətinin birgə əməkdaşlığı ilə “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi çərçivəsində, Şuşa şəhərində ilk dəfə olaraq Qısa Dalğalı tezlik diapazonlarında həvəskar radiostansiyası efirdə aktiv fəaliyyət göstərib.
Şuşada, səhra şəraitində, 10 metrəlik teleskopik radioötürücü (çıxış gücü 100 vatt) qurularaq, Azərbaycanın həvəskar radiosansiyanın “4K6AG/P” və “4K6AZİ/P” çağırış siqnalı altında, ölkəmizin Gəncə, Kürdəmir, Bakı şəhərləri ilə, həmçinin #Rusiya, #Xorvatiya, #Almaniya, #Macarıstan, #Polşa, #Özbəkistan, #Ukrayna, #Serbiya, #İtaliya, #Bolqarıstan, #Estoniya, #Danimarka, #Gürcüstan, #Belarusiya, #İngiltərə, #Finlandiya olmaqla, ümumilikdə 16 xarici ölkə ilə həvəskar rabitə qurulub.
Radiorabitələr, səs vasitəsi ilə (SSB rejimi) və Morze əlifbası ilə (CW rejimi) həyata keçirilib. Peşəkar rabitəçi Ruslan Muradov tərəfindən 140 skauta “Radiodalğaların yayılması prinsipi", "QD və UQD tezlik diapazonları haqqında ilkin məlumat", "Radio efirdə işləmə qaydaları", "Morze əlifbası" dərsləri verilib, prakitiki təlimlər aparılıb.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:19


« Əvvəlki xəbər (677 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR