İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi qızıl medal qazanıb

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.
Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:26


« Əvvəlki xəbər (675 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR