Üzgüçülük üzrə Azərbaycan komandası İslamiadada üçüncü medala sahib olub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan komandası üçüncü medalını qazanıb. Komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında üçüncü yeri tutub. İdmançımız bu məsafəni 1 dəqiqə, 2,24 saniyəyə qət edib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:29


« Əvvəlki xəbər (673 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR