Qubada “Azərbaycanın multikulturalizm modeli dünyaya nümunədir” mövzusu müzakirə edilib

Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Rustov kəndində “Azərbaycanın multikulturalizm modeli dünyaya nümunədir” adlı seminar keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Quba RİH başçısının Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Beybud Rəhimov, dini icmaların üzvləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda tarixən bütün dinlərin və məzhəblərin nümayəndələri bir arada, qardaşlıq və dostluq şəraitində yaşayıblar. Vurğulanıb ki, Azərbaycanın multikulturalizm modeli dünyaya nümunədir. Respublikamız tolerant ölkə kimi dünyada tanınmaqdadır.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb. DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat iştirakçılara hədiyyə edilib.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 16:00


« Əvvəlki xəbər (647 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR