Qubada şəhid ailələri ziyarət edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Quba rayonunda şəhidlərimiz İbrahimov Əli Bəxtiyar oğlu, Salıyev Əfsan İlkin oğlu və Mikayılov Rəhim Qalib oğlunun ailələrini ziyarət ediblər.
Görüşdə şəhidlərin şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Postmüharibə dövründə şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri barədə ailələrə məlumat verilib. Hər üç şəhidimizin ailələri də bu tədbirlərlə əhatə olunub və onlara bundan sonra da daim dəstək göstəriləcəyi vurğulanıb.
Şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.



Xəbərlər  Tarix:   18 Okt 2022 / 10:33


« Əvvəlki xəbər (175 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR