Dövlət Komitəsində “Şuşa yəhudilərin gözü ilə” sənədli filmi təqdim edilib

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) “Şuşa yəhudilərin gözü ilə” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə ölkə ictimaiyyətinin tanınmış şəxsləri, yəhudi icmasının, ABŞ, Fransa, Belarus və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər

Tədbir iştirakçılarını salamlayan DİDK-nın şöbə müdiri Səlhət Abbasova Azərbaycan xalqına şanlı zəfər tarixi yaşatdığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qüdrətli Azərbaycan Ordusuna minnətdar olduğumuzu bildirib. Ermənistanın bütün təxribat və revanşist yanaşmalarına baxmayaraq, Cənubi Qafqaz bölgəsində uzunmüddətli və davamlı sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması naminə Azərbaycan dövlətinin nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə bu istiqamətdə ciddi səylər göstərdiyinə diqqəti cəlb edib.



Xəbərlər  Tarix:   29 Okt 2022 / 12:18


« Əvvəlki xəbər (94 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR