Gənc soydaşımız cüdo üzrə İslandiya Gənclər Çempionatının qalibi olub

Qrindavik şəhərində keçirilən cüdo üzrə İslandiya Gənclər Çempionatında soydaşımız Samir Omar Jonsson çempion titulunu qazanıb.

15 yaşlılar arasında 66 kq çəki dərəcəsində mübarizə aparan gənc soydaşımız rəqiblərinə qalib gələrək, fəxri kürsünün yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, çempion gəncimiz bu ölkədə fəaliyyət göstərən "Azəri" İslandiya-Azərbaycan Cəmiyyətinin sədri Zakir Con Həsənovun oğludur.

Diasporla İş üzrə Dövlət Komitəsi gənc çempionu bu parlaq qələbə münasibətilə təbrik edir, təhsil və idman sahələrində davamlı uğurlar əldə etməyi arzulayır.



Xəbərlər  Tarix:   29 Okt 2022 / 12:17


« Əvvəlki xəbər (95 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR