Bakıda və bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Respublikamızda “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.
Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nuran Nurullayev, Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndəsi Günel Ağayeva, müəllim və şagirdlər, Qubada baş tutan tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH-nin əməkdaşı Elşad Əliyev, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağstafa rayon 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Hacıqabul şəhərində də maarifləndirmə tədbiri keçirilib. Baş tutan tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Hacıqabul rayonunun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Ucar və Zərdabda keçirilən tədbirlərdə isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Sədi Hüseynov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhlimam İbrahimov, Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Xəqani Vahidov, rayon Prokurorluğunun əməkdaşı Aysel Həsənova, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Xəyal Məmmədli, gənclər, orta məktəb psixoloqları, eləcə də məktəblilər iştirak ediblər.
Bakı şəhəri, Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Bayram İsmayılov, Şirvan Süleymanov, RİH-nin nümayəndələri və məktəblilər iştirak ediblər.
Masallı və Yardımlı rayonlarında da maarifləndirmə tədbirləri baş tutub. Tədbirlərdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, şöbənin əməkdaşları, Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabıyev, rayon Polis Şöbəsinin əməkdaşı Tural Quliyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikah problemi, yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması və s. mövzular barədə müzakirələr aparılıb. Respublikamızda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışılıb.



Xəbərlər  Tarix:   18 Noy 2022 / 11:54


« Əvvəlki xəbər (31 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR