Əziz Quliyev ---İmişlı xanın bazar özbaşınalığı

Azərbaycan Respublikası suverenliyini əldə etdikdən sonra öz vətəndaşlarının rahat yaşamaları, müstəqil əmək fəaliyyəti ilə məşğul olmaları üçün bir-birindən ali Qanunlar qəbul edib. Dövlətin Qanunları ölkə vətəndaşla rıninrifahı ilə yanaşı, dövlətçiliyimizin də hərtərəfli inkişafına xidmət edir. Lakin elə ölkə vətəndaşları var ki, onlar üçün dövlətin mənafeyi anlayışı yoxdur. Bütün həyatları boyunca yalnız şəxsi maraq və mənafeləri üçün çalışır və özlərinə qoruyucu havadarlar tapırlar.
Mətləbi uzatmadan gəlin görək şəxsi maraqları xatirinə qanunları "çeynəyən qolcomağımız kimdir?
2003-cu ildən qara yollarla İmişli bazarına, hal-hazırda İmişli Ticarət Mərkəzinə sahib olan Əziz Quliyev adlı şəxs 20 ildən artıqdır ki, özünün "yazdığı qanun"larla "qaz vurub, qazan doldurur".
Əziz İmişli Ticarət Mərkəzinin sahibi, hüquqi şəxsdir. İmişli bazarı isə ölkə ərazisində gəlir yüksəkliyinə görə öndə olan bazarlardan hesab edilir. Şübhəsiz ki, belə bir ticarət obyektində yüzlərcə insan çalışır. Bəli, bu çox təqdirəlayiq haldır. Bəs narazılığımız nədir?
Həəəə!
Vətəndaş şikayəti ilə bağlı 14 yanvar 2023-cu ildə İmişli Ticarət Mərkəzində "qonaq" olduq. Olduqda nə olduq.
Gördüklərimiz sübut etdi ki, ticarət obyektinin sahibi Əziz Quliyev işini dövlətin sivil qanunları ilə deyil, özünün "yazdığı"və havadarlarının "imzaladı" qanunlarla idarə edir. Çünki, başqa yolla sərmayəsini artıra bilməzdi.
Ticarət Mərkəzlinə daxil olduğumuz zaman ilk diqqətimizi çəkən bazarın kənd təsərrüfatı məhsulları satılan ərazisinin birinci mərtəbəsibdə alış-veriş getdiyi halda, insan həyatının təhlükəsizliyi heçə sayılaraq, ikinci mərtəbədə tikinti işləri aparılır. Məlum olur ki, Fövqəladə Hallar Nazirliyi, Tikintiyə Nəzarət İdarəsinin bundan xəbəri yoxdur və ya xəbərsiz olmağa "məhkumdur". Məhz bu səbəblə yaxın keçmişdə tikintidə çalışan işçi təhlükəsizlik qaydalarının heçə sayılması səbəbilə həyatını itirib. (Bədbəxt hadisə prokurorluq orqanlarının araşdırmasında olduğu üçün bu barədə bəhs etmirik).
Başqa bir özbaşınalıq, ticarət obyektinin kənd təsərrüfatı və ərzaq məhsullarının satılan bölməsində çalışan satıcıların məcburi tibbi müayinəsinin yerli-dibli olmamasıdır. Əhaliyə xidmət göstərən satıcıların hansı yolxucu xəstəliyin daşıyıcısı olmaları barədə heç bir məlumat yoxdur. Əziz Quliyev bu qədər ciddi qanun pozuntusunu kərəksiz bir söz kimi qulaq ardına vurur.
Digər ciddi qanun pozuntusu, bazarda satışa çıxarılan ət və süd məhsulları baytarlıq müayinəsindən keçmədən, həkim rəyi olmadan satılır. Bazarda zəruri olan laboratoriyanın olmaması bir yana, aşkar etdiyimiz bu çirkin fakt Əziz Quliyevə gülünc göründü. Nəticədə İmişli əhalisi mənşəyi məlum olmayan ət məhsullarından yararlanmağa məcbur buraxılıb. Zəruri olan qida təhlükəsizliyi anlayışı Əzizə aid olmayan termindir.
Sanmayın ki, Əziz Quliyevin "məharətləri "bunlarla bitir.
Dövlət rahat biznes qursun, iş sahibi olsun deyə vətəndaşlarına yaratdığı geniş imkanlara qarşılıq olaraq, bizim "qəhrəmanımız"fırıldaqla, nankorluqla,oğurluqla cavab verir.
Ticarət Mərkəzinin sənaye və kənd təsərrüfatı şöbələrində çalışan hər bir işçi gündəlik olaraq 10(on) AZN dəyərində "yer pulu"ödəyirlər. Ödədikləri vəsaitin qarşılığında isə kimsəyə qəbz verilmir. Bazardan hər gün əldə edilən küllü miqdarda sərmayə dövlətdən gizlədilir, vergidən yayınmalar baş alıb gedir.
Məkanda çəkiliş etdiyiniz zaman Əziz Quliyevin qolcomaqlığından bezen ürəkləri dolu satıcılar mikrafonu görüncə dərdlərini sadalamağa başladılar.
Dilə gətirdikləri "yer pulunun"çoxluğu, Əzizin onlarla kölə kimi rəftarı ilə bitseydi yəqin ki, biz də sizi yorub, sözümüzü uzatmazdıq.
Bazarda çalışanlar Əziz Quliyevin çəkinmədən etdiyi bu qədər qanun pozuntusuna havadarlıq edən, başını oxşayan Ramiz Mehdiyevin olduğunu dönə-dönə vurğuladılar. Hətta şikayətcimiz bildirdi ki, Əziz Quliyev dəfələrlə söyləyib:-"Dövləti qayalar idarə edir. Mənim də arxamda qaya dayanıb."
Doğrusu Əzizin İmişli rayonunda etdiklərinə dərindən deyil, ani nəzər saldıqda vətəndaşların söylədiklərinə haqq qazandırmağa məcbur oluruq.
Əks halda Əzizin diqqət yetirməyə qanunla borclu olduğu qida təhlükəsizliyi, vergi ödənişi, tibbi müayinəyə, iş yerinin təhlükəsizliyi və.s kimi özbaşınalıqlara cəsarət etməyə gücü yetməzdi. Görünən o ki, Əziz Quliyev "sığındığı qaya" qarla örtülüb. Artıq qayanın özünün havadara mohdaclığı var. Artıq Əziz Quliyevin "başını oxşayan" əlləri yanına düşüb. Buna baxmayaraq İmişlidə qurduğu "imperiyanı" davam etdirməyə çalışır. Buna görə də qarşısına çıxan hər kəsi yox etməkdən, döyüb, qorxutmaqdan çəkinmir. Bu məqsədlə bizim çəkiliş qrupuna qarşı qoçuları ilə birlikdə "məharətlərini" sərgiləmkdən çəkinmədilər.Qarsındakınin qadın olduğunu belə nəzərə almadan döyməyə cəhd etdi. Əslində bir tərəfdən Əzizi qınamaq "haqsızlıq" olar. Onu da başa düşmək lazımdır ki, arxasını söykədiyi qayası toz-duman olmuş. Əziz də o qara duman içində yolunu çaşıb qalıb.
Lakin tez-gec duman dağılacaq, Əziz və əziz kimilərə Qanunlarımızın ali ucalığı öyrədiləcək.
"Mozalan.az" saytının baş redaktoru
Tərifə Maqsudova



Öz xəbərlərimiz  Tarix:   20 Yan 2023 / 21:03


« Əvvəlki xəbər (23 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR