Slovakiya Qarabağda müharibənin başa çatmasını alqışlayır

Slovakiya Qarabağda hərbi əməliyyatların başa çatmasını alqışlayır.
“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış 27-ci iclasında Slovakiyanın xarici işlər naziri İvan Korçak bildirib.
Nazir bölgəyə qaçqın və məcburi köçkünlərin qaytarılmasını, humanitar yardım göndərilməsini, infrastrukturun bərpasını zəruri hesab edib.
“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”, – deyə slovakiyalı nazir qeyd edib.



Xəbərlər  Tarix:   3 Dek 2020 / 17:33


« Əvvəlki xəbər (1001 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR