RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

Əziz xalqımız! Sizi 11 ayın sultanı olan Ramazan bayramı münasibətilə təbrik edirik. Bu bayram digər illərdəki bayramlardan daha əzizdi bizlərə. 30 illik Qarabağ həsrətimiz bitib. Torpaqlarımız azaddır. Bizim üçün ikiqat əzizdir, doğmadır bu bayram.
Mənim vüqarlı xalqım! Uğurmedia agentliyi olaraq hər birinizin bayramını təbrik edirik. Evinizdən ruzi-bərəkət, sevgi, hörmət, uğur əksik olmasın. Allah etdiyiniz duaları qəbul etsin. Bu mübarək Ramazan bayramında Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
BAYRAMIN MÜBARƏK OLSUN AZƏRBAYCAN!!!



Xəbərlər  Tarix:   13 May 2021 / 12:51


« Əvvəlki xəbər (93 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR