“Royal Bank”ın təminatsız kreditorlarına növbəti dəfə ödəniş ediləcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu olan "Royal Bank" ASC-nin kreditorlarına müraciət edib.
“Report”un məlumatına görə, müraciətdə deyilir ki, bu gündən növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara növbəti dəfə ödəniş ediləcək.
Ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.



Xəbərlər  Tarix:   21 Sen 2021 / 12:42


« Əvvəlki xəbər (1985 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR