“Red Bull Car Park Drift” çempionatının qalibləri müəyyənləşib

Oktyabrın 16-da Bakıda ilk dəfə dünyanın ən həyəcanverici drift seriyası olan “Red Bull Car Park Drift” çempionatı keçirilib. Dənizkənarı Milli Parkda, “Baku Crystal Hall” un parklanma ərazisində baş tutan tədbirdə Azərbaycanın ən güclü drifterləri bir araya gəlib.
Özünəməxsus sərt qaydaları ilə zəngin olan yarışın qalibi 20 nömrəli avtomobilin sürücüsü Adil Axundov olub. 2-ci və 3-cü yerlərə Rauf Dadaşzadə və Pərviz Azizov layiq görülüblər. A.Axundov bu ilin sonunda Səudiyyə Ərəbistanında keçiriləcək “Red Bull Car Park Drift”in Dünya Finalında ölkəmizi təmsil edəcək.



Xəbərlər  Tarix:   18 Okt 2022 / 10:54


« Əvvəlki xəbər (171 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR