Naxçıvan 69 ünvanında yaşayan sakinin oğurluqla bağlı ugurmediyaya müraciəti

Indiki zaman üçün bir çox cavan ailələr övlad yetişməsində və ev yükünün yüngülləşməsində köməkçilərə ehtiyac duyurlar.
Bunun bir neçə səbəbi ola bilər:- səriştəsizlik, ya təcrübəsizlik,və yaxud da ki işlə əlaqədar vaxt çatışmamazlığı. Daha çox işləyən ailələrdə bu cür köməkçilərə ehtiyacın duyulması daha çox nəzərə çarpır.
Layiqli köməkçi tapmaq üçün isə müxtəlif şirkətlərə müraciət edib dayə axtarışına verilir. Müraciət edənlərin isə bir məqsədi olur ki, axtarılan şəxs həm cavan,həm bacarıqlı, həm təcrübəli, təmizkar özü və xüsusən də nəfsi təmiz biri olsun.
Lakin bəzi durumlarda axtarılan kəs lazımi kriteriyalara uyğun gəlsə də bəzən də qəti uyğunsuzluq yaranır.
Belə ki bir çox evində xadiməçi və daye saxlayan ailələr həm təhlükəsizlik həm də nazarət baxımından evlərinə nəzarət kameraları quraşdırırlar.
Bəzi hallar da olur ki, etdiklrləri baxışdan sevinir, övladlarına, ailələrinə, evlərinə necə də layiqli birinə etibar etdiklərin üçünqürur hissi keçirirlər. Bəzən isə qarşılaşdıqları durum çox təəssüf hissi göstərdikləri üçün həmin dayələri və ya köməkçiləri,xəstə baxıcılarını yönləndirən mərkəzlərə üz tuturlar.
Bu cür hadisələr təəssüf olsun ki, ya elanlardan,ya da hansısa səriştəsiz işə düzəltmə mərkəzlərindən - xəstə baxıcısı kimi,dayə kimi ailəyə qəbul olunan təcrübəsiz kəslərdən qaynaqlanır.
Bu cür neqativ hallardan qaynaqlanaraq belə halların yaşanmaması və bu cür hallara qarant duran müəssisələrlə iş birliyi görmələrini tövsiyə edirik. Köməkçi,dayə və ya hər hansı iş üçün səriştəsi olan şirkətlərə müraiət olunarsa təcrübəli,işini bilən, psixoloji durumu qaydasında olan, işinə məsuliyyətlə yanaşan işçilərlə təmin olunmaqdan savayı belə vəziyyətlər yaşanan zamanı da hüquq müstəvisində problemin həlli tapılacaqdır.
Belə ki görünüşcə sakit təbiətli bir hicablı xanım olduğunu görərək tam etibar edib xəstə baxıcısı kimi müraciet edən xanım ehtiyacı olan ailəyə təqdim olunub. Getdiyi ailənin ona olunan etibarından istifadə edərək oğurluq hadisəsi törətmişdir.
Ev sahibəsi Hüseynova iddia edir ki, onun ünvanına göndərilən xəstə baxıcısı onun evindəki soyuducudan ərzaq (ət) oğurlamışdır. Öz iddiasiını evində quraşdırdığı kamera görüntüsü ilə təsdiqləyən Hüseynova sözügedən hadisə ilə bağlı hüquq mühafizə orqanlarından işin araşdırılmasını və həlli yolunu tapmasını xahiş edir.
Təəssüf olunsun ki, yuxarıda qeyd etdiyim çəkiliş yalnız hüquq mühafizə orqanlarının işə müdaxiləsi və araşdırması zamanı hadisə öz təsdiqini taparsa izləyicilərə təqdim oluna bilər.
Qeyd Qarşı tərəfin hadisə ilə bağlı mövqeyi izləyicilərə təqdim olunacaq
Biz də öz növbəmizdə bu hadisənin işıqlandırılmasını Uğurmedia.az xəbərlər portalı olaraq öhdəmizə götürürük.
Xəbərlər şöbəsinin müdiri: Vüsalə Dilqəm qızı



Uğurlarımız  Tarix:   13 İyul 2019 / 11:00


« Əvvəlki xəbər (5239 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR