“Uğurmedia” agentliyinin təsisçisi Tərlan Abbasova qarşı təxribat











21 fevral 2024-cü il tarixində “Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyinin əməkdaşları tərəfindən gecə saatlarının 00:00 radələrində az yaşlılardan ibarət dəstənin törətdiyi icitimai təhlükləli əməlin qarşısının alınması məqsədilə genişmiqyaslı tədbir həyata keçirilmiş və həmin azyaşlılar hadisə yerində, Tərlan Abbasova məxsus maşının içində tutularaq 37 saylı polis bölməsinə təhvil verilmişdir.
Sözü gedən azyaşlılardan ibarət dəstə 1 ay müddətində ayrı-ayrı zamanlarda “Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyinin təsisçisi Tərlan Abbasova məxsus olan 3 avtomobilə ümumi məbləği 5087 manat təşkil edən ziyan vurmuşdur.Bununla bağlı lazımi tədbirlərin görülməsi məqsədi ilə Abbasov Tərlan tərəfindən Daxili İşlər Nazirliyin 102 zəng xidmətinə müraciət edilmişdir.Faktla bağlı Daxili İşlər Nazirliyinin Xətai rayonun ərazisində yerləşən 37-ci polis bölməsinin əməkdaşları “Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyinin təsisçisi Tərlan Abbasova məxsus olan maşınlara baxış keçirmiş və lazımi istintaq tədbirlərininin həyata keçirilməsinə başlamışdırlar.
21 fevral 2024-cü il tarixində yenidən eyni əməlləri törətməyə cəhd edən 4 nəfər az yaşlı dəstə üzvündən 2-si “Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində hadisə yerində yaxalanaraq 37-ci polis bölməsinə təhvil verilmişdir.Lakin azyaşlılar tərəfindən törədilən bu əməl cinayət məsuliyyəti yaratmadığı üçün həmin azyaşlılar polis bölməsindən azad olunmuşdurlar.Azad olunduqdan 1 saat sonra yenidən eyni əməli törətdikləri üçün “Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyinin əməkdaşları tərəfindən 102 qaynar xəttinə bu barədə məlumat verilmiş və Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmuş, həmin şəxsləri maşından çıxararaq 37 saylı polis bölməsinə təhvil verimişlər.
“Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyi olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Tərlan Abbasova qarşı qərəzli şəkildə planlaşdırılmış bu əməl sadəcə onu deyil, eyni zamanda cəmiyyətin və azyaşlıların mənafeyi üçündə olduqca təhlükləli və ziddiyətli xarakter daşıyır.Hansı ki, bugün azyaşlı şəxslərdən istifadə edərək onları icitmai təhlükəli əməl törətməyə sövq edən şəxslər sabah da cəmiyyətin bir digər üzvünə qarşı eyni əməli törətməkdən çəkinməyəcklər.Məsələni işıqlandırmaqda əsas məqəsdlərimizdən biri də, məhz gələcəkdə cəmiyyətimiz və cəmiyyətimizin önəmli bir parçası olan azyaşlı gənclərimiz barədə yarana biləcək təhlükənin qarşısını almaqdır.
Bu səbəblə Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər hüquq mühafizə orqalarına səsimizi çatdıraraq məsələnin nəzarətə götürülməsini və ciddi araşdırılma edilərək Tərlan Abbasova dəymiş ziyanın aradan qaldırılmasını və yaranan biləcək digər təhlükələrin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini xahiş edirik.
Uğurmedia” Xəbər Yayım və İnformasiya agentliyinin
baş redaktoru Tərlan Abbasov



Öz xəbərlərimiz  Tarix:   23 Fev 2024 / 14:39


« Əvvəlki xəbər (2 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR