Sənin əvəzin olmayacaq.....

Mən dünən gecə aldığım xəbərə çox üzüldüm. Mənə elə gəlir ki, təkcə mən və dostları deyil hamı bütün Azərbaycan xalqı, türk xalqı bu xəbərə çox üzüldü. Çünki, dünən Azərbaycan xalqı və türk dünyası daha bir ziyalısının itirdi. O, türk dünyasının və Azərbaycan xalqının dünyaya hayqıran haqq səsi idi. O, hamımızın sevdiyi Millət vəkili, ziyalı xanım, Milli Məclisin mədəniyyət komitəsinin sədri, jurnalist, şairə Qənirə Paşayevadır. Mən Qənirə xanım haqqında bir neçə kəlmə yazmaq istəyirəm. Bəlkədə onun haqqında çox sözlər yazmaq olar. Bəlkə də o insan haqqında danışdığca söz bitməz amma mən bir neçə kəlmə ilə sizə Qənirə xanım haqqında yazmaq istəyirəm. 44 günlük müharibə zamanı daima şəhid analarının yanında olan onlara mən sizin qızınızam deyən, qazilərimizə isə mən sizin bacınızam deyən bir xanım idi. Bəlkə də ölümü ilə hamını şoka saldı. Ölümü ilə dostlarını və yaxınlarını gözüyaşlı qoyub getdi. Amma həmin gün tək onun yaxınları deyil, onu tanıyan bütün insanlar gözyaşını saxlaya bilmədi. Bir söz var deyirlər ki, adam var evdən gedər, adam da var eldən. Qənirə xanım təkcə evdən deyil eldən getdi.
Bu gündə el qızını, elin ziyalı xanımını Azərbaycan xalqı son mənzilə izdiham və alqışlarla yola saldı. Bəlkə də tələsdi şəhid qardaşlarının yanına gedib onlara müjdəli xəbəri verməyə. Bəlkə də onlara qovuşmaq üçün tələsdi. Bircə onu deyə bilərəm ki, o artıq aramızdan getdi. Bu gün onu son mənzilə yola salanlar arasında Uğur media xəbər informasiya agentliyinin təsisçisi rəhbəri Tərlan Abbasov, Azərbaycanın ziyalıları və sənət adamları, həmkarlarıda var idi. Şəhid anası çıxışında dedi ki, əziz qızım qoy qardaşların sənə şəfaət olsun. Onlara bizdən salam de. Sən bu dünyada cənnəti qazanan yeganə insansan. Bu xalq səni heç bir zaman unutmayacaq. Sən bu xalqın yaddaşında daima Qənirə Paşayeva kimi qalacaqsan. Allah sənə rəhmət eləsin xalqın haqq səsini hayqıran Qənirə xanım
Müəllif: Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   30 Sen 2023 / 19:11


« Əvvəlki xəbər (3 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR