Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfiri cənab Mark Innes-Brounla görüşüb

İyulun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfiri cənab Mark Innes- Brounla ikitərəfli görüşü baş tutub.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova səfiri salamlayaraq, bilidirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Xanım Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsinin böyük tarixi var və 100 ildən çoxdur ki, qadınlarımız seçib-seçilmək hüququna malikdirlər.
O, bildirib ki, Komitə qadınların müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb.
Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfiri cənab Mark Innes- Broun səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.



Xəbərlər  Tarix:   19 İyul 2019 / 01:44


« Əvvəlki xəbər (5214 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR