26 iyulda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyulun 26-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 26-da əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.



Xəbərlər  Tarix:   26 İyul 2019 / 01:14


« Əvvəlki xəbər (5178 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR