“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz növbəti mərhələyə hazırlaşırlar -

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.
Bu gün snayperlərimiz növbəti mərhələyə hazırlıq məqsədilə sınaq atışları yerinə yetirirlər.
Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edir, mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.



Xəbərlər  Tarix:   6 Avq 2019 / 01:03


« Əvvəlki xəbər (5124 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR