Nazirliyin dəstəyi ilə mədəni müxtəliflik təbliğ olunur

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsinin icrasını davam etdirir.
Layihənin hazırkı mərhələsində internet saytları vasitəsi ilə Azərbaycanda mədəni siyasət təbliğ olunub. İyunun 16-dan bu günədək müxtəlif informasiya resurslarında 11 məqalə yayımlanıb.
Bu dövrdə həmçinin milli azlıqların informasiya alətlərindən istifadə imkanları öyrənilib.
Hazırda azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılır.
Eyni zamanda Azərbaycan, rus və ingilis dillərində olacaq “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu hazırlanır. Hazırda sayt test mərhələsində öz işini davam etdirir.
Qeyd edək ki, “Multikultural Azərbaycan” ( Ссылка ) internet resursu azsaylı xalqlara mədəniyyətinin təbliği istiqamətində davamlı informasiya dəstəyi göstərəcək, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasəti təbliğ edəcək



Xəbərlər  Tarix:   8 Avq 2019 / 02:17


« Əvvəlki xəbər (5100 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR