Qida Təhlükəsizlik Agentliyinin bu günki vəziyyəti.

Iyun ayının 25-də əməkdaşımız tərəfindən müdirin ad günü münasibətilə 7-ci mikrorayonda yerləşən “Kurabiyə “un məmulatlarından alınan tortdan çıxan saç tükü ilə bağlı Qida Təhlükəsizlik Agentliyinə bu barədə onların rəsmi saitinə onlayn müraciət etdik və eyni zamanda da elektron poçta məktub göndərdik.
Bir müddət keçməsinə baxmayaraq Qida Təhlükəsizlik Agentliyindən heç bir cavab gəlmədi deyə onlarla sözü gedən agentliyin qaynar xətt i vasitəsilə əlaqə saxladıq.Bu zaman bizə yeni elektron poçt ünvanı verdiler və biz də ərizə və şikayətimizi həmin elektron poçt vasitəsilə lazimi ünvana göndərdik.Nəticə olaraq torta baxış keçirtmək üçün təsisçi və baş redaktoru görüşə dəvət etdilər.Təsisçi tortu aidiyyatı quruma baxış keçirilməsi üçün təqdim etdikdə “sürpirizlə” qarşılaşdı.Belə ki,tort təqdim olunduqdan sonra .”Şəkili”kimi özünü təqdim edən həmin qurumun əməkdaşı təsisçi ilə həmsöhbət oldu və etik normaları aşaraq davranış sərgilədi.Təsisçi buna oxşar digər bir məsələ haqda olan informasiyanı zarafatyana mükafat və ya sertifikat müqabilində ona verəcəyini söylədi. Söhbət əsnasında Qida Təhlükəsizlik Agentliyinin xəbərlərini ugurmediada işıqlandırdığını vurğuladı.Qarşı tərəfin cavabı ” biz xalqa hesabat vermirik və xəbərlərimizin də ictimailəşdirilməyinə heç ehtiyacımız yoxdur.“ Təsisçi buna oxşar digər hal barədə informasiyanı qarşı tərəfə vermədikdə “Şəkili”kimi təqdim edilən şəxs təsisçinin əlaqə nömrəsini götürərək qeyd elədi və prokrorluq tərəfindən nömrənin izlənəcəyini və ona problem yaranacağını söylədi.Cavab olaraq təsisçi “24 saat ərzində istənilən qurum tərəfindən telefon nömrələrim izlənilsin .Mənim üçün bu heç bir problem yaratmır”söylədi.
Qeyd edək ki,ugurmedia şər böhtan xarakterli ,dəlili, sübutu olmayan heç bir məlumatı ictimailəşdirmir və “Şəkili”kimi özünü təqdim edən şəxs burada yazılanları danaraq şər böhtan xarakterli oduğunu söyləyərsə, ugurmedia bu barədə aidiyyatı qurumlara şikayət etməyə hazırdır.
Bütün baş verən hadisələrdən sonra işin nəticəsi barədə ay yarım keçməsinə baxmayaraq rəsmi cavab verilmədiyini görən ugurmedianın əməkdaşları whatsApp-a bir neçə dəfə yazdılar. Nəhayət ki ,qarşı tərəf məcbur qalaraq 29 avqust tarixində rəsmi cavab göndərdi. Ölüm ,zəhərlənmə halı olmadığı halda kiçik bir məsələ üçün rəsmi cavab vermək bu qədərmi çətindi?! .
Rəsmi məktubda:
Sizin Azərbaycan Respublikasının Qida Təhlükəsizlik agentliyinə daxil olmuş 15.07.2019-cu il tarixli müraciətinizə Agebtliyin Bakı reigonal bölməsində aidiyyatı üzrə baxılmışdır.
Müraciətinizə əsasən qeyd olunan müəssədə əməkdaşlarımız tərəfindən qanunvericiliyə müvafiq olaraq plandan kənar yoxlanma həyata keçirilmiş,aşkarlanmış nöqsanlarla bağlı müəssənin rəhbərliyinə xəbərdarlıq olunmuş, keçirilən yoxlanma zamanı inzibati xəta əlamətləri aşkar olunduğu üçün müəssənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilmiş ,qida təhlükəsizliyi və sanitariya –gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr,sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilmiş, qanunvericiliyin tələbləri izah edilmiş və həmin müəssə nəzarətə götürülmüşdür.
Rəis:Əkbər Əliyev
Məktubda İnzibati məsuliyyətə cəlb olunmasına dair sənədin sürəti göstərilməyib. Cavab vətəndaşa deyil,mediyaya veriləcək səviyyədə olmalıdır.Bu baxımdan ictimailəşdirilməsi üçün oxunaqlı hesab olunmur.Biz bunun nəyini işıqlandıraq ?! və hansı obyektlərə nümunə göstərək?! Bizim məqsədimiz bu kimi hallar baş verdikdə qanuni olaraq hansı cəzaya məruz qaldığını kütləyə çatdırmaqdır ki,digər obyektlər bundan özlərinə nümunə götürsünlər.
Məktubda tətbiq olunan tədbirin qeyri aydın olması bizdə də onun doğruluğuna şüphə yaratdı. Və Güman edirik ki,yazılan tədbirlər də formal xarakter daşıyır..
Biz güman edirik ki, yuxarıda qeyd etdiyimiz məsələdən heç Qida Təhlükəsizlik Agentliyinin sədri
Qoşqar İlahi oğlu Təhməzlinin xəbəri yoxdur.Yaxın zamanlarda rəhbərliyin bu məsələyə münasibətini xəbər portalımızda işıqlandıracağıq və ondan bu məsələyə ciddi yanaşaraq lazimi tədbir görməsini xahiş edəcəyik.
Təsisçi və baş redaktor:Tərlan Abbasov



Öz xəbərlərimiz  Tarix:   26 Sen 2019 / 11:59


« Əvvəlki xəbər (4837 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR