Basketbol üzrə turnir keçirildi
02 Mart tarixində "5 Mart Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə Xətai rayon məktəbliləri arasında 204 №li tam orta məktəbdə basketbol üzrə turnir keçirildi. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə 269 saylı tam orta məktəbin komandası I yeri, 17 saylı tam orta məktəbin komandası II yeri, 204 saylı tam orta məktəbin komandası isə III yeri tutdu.
Turnirin sonunda qalib gələn komandalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldı.
Turnirin sonunda qalib gələn komandalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldı.
Xəbərlər Tarix: 3 Mart 2020 / 13:38
« Əvvəlki xəbər (3851 / 7293) Növbəti xəbər »
« Əvvəlki xəbər (3851 / 7293) Növbəti xəbər »