“Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək

21 oktyabr 2020-ci il tarixində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Muzeyin 100 illik yubileyinə həsr olunacaq tədbirdə “Klassiklikdən interaktivliyə: Muzeylərin “gizli” həyatı”, “Klassiklikdən interaktivliyə: Kəmiyyət və keyfiyyət”, “Klassiklikdən interaktivliyə: Məqsədli kapital”, “Klassiklikdən interaktivliyə: Muzey menecmenti” bölmələri üzrə məruzələr təqdim olunacaq.
Konfransda iştirak etmək üçün tezislər və anket forması (https://bit.ly/39j7GWv) 19 iyun 2020-ci il tarixinədək museum100@azhistorymuseum.gov.az və azhistorymuseum100@gmail.com e-poçt ünvanlarına göndərilməlidir.
Tezislərin qəbul edilməsi haqında məlumat 1 iyul 2020-ci il tarixində elan olunacaq.
Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir. Mətnin həcmi (A4) 1-1,5 səhifəyədək, Times New Roman 14 şriftlə, sətirlərarası interval 1,5 olmaqla qəbul edilir.



Xəbərlər  Tarix:   3 Mart 2020 / 17:30


« Əvvəlki xəbər (3843 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR