“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda sadələşdirmələri nəzərdə tutan 74 №li Qərara dair - İZAH

İxracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil etmiş, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artmışdır.
Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac vardır.
Bununla əlaqədar, yuxarıda adıçəkilən Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.
Qərarda ixrac təşviqinin ödənilməsi üçün
- ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi;
- İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi də
Qaydada nəzərdə tutulmuşdur.
Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.



Xəbərlər  Tarix:   7 Mart 2020 / 17:09


« Əvvəlki xəbər (3787 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR