2019-2020-ci tədris ilinin virtual “Son zəng”i

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.
İlk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.



Xəbərlər  Tarix:   11 İyun 2020 / 23:34


« Əvvəlki xəbər (1588 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR