Azərbaycan Ordusu ermənilərin Füzuli istiqamətində taborunu atəşə tutub, düşmən xeyli itki verib

Milli Məclisin bir qrupu deputatı Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 1-də Bişkek şəhərinə səfər edəcək.
Deputatlar Rauf Əliyev və Mixail Zabelin Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının, Musa Quliyev və Nizami Cəfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Kamran Bayramov və Mahir Abbaszadə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcəklər.
Milli Məclisin üzvləri bir sıra seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər oktyabrın 7-də başa çatacaq.



Xəbərlər  Tarix:   30 Sen 2020 / 15:52


« Əvvəlki xəbər (1162 / 5067) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR