Ad gününü mələklərlə keçirən qız
Mən bu gün ki məqaləmi dünən ad gününü evində ailəsi yox, soyuq torpaq altında keçirən Nigara həsr edirəm. Deyirlər Şəhidlər ən yüksək zirvəyə layiqdir. Düzdü Nigar cəbhədə Vətən uğurunda gedən döyüşlər zamanı yox, erməni cəlladlarının təxribatı nəticəsində Gəncəyə atılan raketin qurbanı olub. 1990 cı il 20 yanvar hadisələri zamanı Rus ordusu tərəfindən öldürülən məktəbli İlqar və Larisanı məktəb vaxtı oxuduğum dərsliklərdən xatırlayıram. Onlardan sonra bu öldürülən 3 cü məktəblədir. Sentyabrın 29 da erməni vəhşilərinin atdığı mərmi nəticəsində Şəhriyar və Fidandan sonra öldürülən 3 cü məktəblidir. Nigar yaşasaydı oktyabr ayının 18 zində 15 yaşı olacaqdı. Amma sən saydığını say gör fələk nə sayır. Daha doğrusu desək erməni cəlladları nə sayır. Xislətində qatil qanı olanların hər zaman hədəfi dinc əhali olub. Mən sizə 15 yaşını mələklərlə qeyd edən Nigar haqqında danışmaq istəyirəm. Nigar bu gün yaşasaydı 15 yaşı tamam olacaqdı. Bəlkədə universitetə daxil olub Azərbaycanda adlı sanlı müəllim, həkim, mühəndis, diplomat ola bilərdi. Hər kəs kimi Nigarında ürəyində arzuları var idi. Yaxşı oxuyub məktəbi fərqlənmə diplomu ilə bitirib universitetə daxil olub oranı qırmızı diplomla bitirmək istəyirdi. Hər bir qız kimi Nigarda ailə həyatı qurub ana olmaq istəyirdi. Amma onun bu arzusunu gecə vaxtı hər kəs yatdığı zaman yaşadığı Gəncə şəhərini atılan Elburus raketi ilə ürəyində qoydular. Nigar kimi həmin gün başqa uşaqlarda həlak olub şəhidlik zirvəsinə yüksəldilər. Bəli bu zirvə ən yüksək zirvədir. Bu zirvəyə hər kəs layiq ola bilmir. Daha doğrusu desək bu zirvədə insanlar mələklərə, Allahın Rəsuluna və ən əsası Allaha yaxın olurlar. Onlar təkcə Allaha yaxın olmur hətta adlarınıda tarixə yazırlar. Amma məncə nə Nigar nədə həmin qətliam zamanı öldürülən Nurayda, balaca Mədinədə bu tarixi düşmənin təxribatı nəticəsində atılan raketlə yox biliyi və savadı nəticəsində Vətəni Azərbaycanın adını ucaldaraq, tarixi bax bu cür yazmaq istərdilər. Mən bu sözləri təkcə Nigara aid etmək istəməzdim. Düşmənin təxribatı nəticəsində həlak olan Şəhriyara və onun bacısı Fidanada aid etmək istərdim. Şəhriyar Naftalan şəhərində yaşayırdı və oranın futbol klubunda oynayırdı. Yaşasaydı bəlkədə öz oyunu ilə futbolda damğasını vurardı. Bəlkə oda gələcəkdə Anatoli Banişevski, Maradona, Pele, Messi, Ronaldo kimi güclü futbolçu olub futbol tarixinə adını qızıl həriflərlə yazdırardı, və yaxud da Azərbaycanın Milli komandasında oynayaraq qollar vurub bombardir olaraq adını qızıl həriflərlə Azərbaycan futbol tarixinədə yazdıra bilərdi. Amma onunda bu arzularını mənfur erməni cəlladları ürəyində qoydu. İndi Şəhriyarda bacısı Fidanda, balaca Mədinədə Nigar kimi ad günlərini evlərində doğmaları ilə deyil, axirət dünyasında mələklərlə birlikdə keçirəcəklər. Ermənistanın müdafiə nazirinin müavini Şuşan Stepanyan dünən öz tviter səhifəsində Nigarın ad gününü təbrik edərək etdikləri əməli fəxarətlə qeyd edib : O Nigar ad günün mübarək bizim sayəmizdə sən ad gününü mələklərin arasında qeyd edirsən deyib. Axı bu sözləri deyən bir qadın özüdə ana deyilmi. Onda analıq hissi yoxdurmu? Bax mən dünəndən bəri bu suallara cavab tapmağa çətinlik çəkirəm. Amma Şuşan Stepanyan unutmasın ki, həyat bumeranqdır. Heç kim bu həyatda etdiyi əmələ görə cəzasız qalmır. Ya bu dünyada yada ki axirət dünyasında gec tez cəzasını alır və alacaqda. Bu qəddarlığa isə dünya və Dünya birliyi sussada Azərbaycan əsgəri susmur. Nigarın, Şəhriyarın və günahsız yerə öldürülən insanların hətta öz əsgər yoldaşlarının intiqamını erməni cəlladlarından layiqincə alır. Sonda isə məqaləmi Ali Baş Komandanın dediyi sözlərlə bitirmək istəyirəm. Biz mülki əhaliylə döyüşmürük biz öz torpağımızda erməni əsgərləri ilə döyüşürük. Biz mülki əhaliyə güllə atmamışıq atmayacağıqda. Biz erməni deyilik. Bəli həqiqətəndə biz erməni deyilik. Zəfər səninlədir Azərbaycan əsgəri. Yolumuz isə Laçına, Xocavəndə, Zəngilana,Xocalıya, Ağdama, Xankəndinə və Şuşayadır. Qarabağ Azərbaycandır!!!!..
Ənvər Məmmədov
Ənvər Məmmədov
Öz xəbərlərimiz Tarix: 21 Okt 2020 / 10:24
« Əvvəlki xəbər (3303 / 7294) Növbəti xəbər »
« Əvvəlki xəbər (3303 / 7294) Növbəti xəbər »