Azərbaycanın Gürcüstandakı səfiri 20 Yanvar şəhidinin qardaşı ilə görüşüb
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun qardaşı Rizvan Mursaqulovla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, səfir şəhidin Marneulidə yaşayan yaxınlarına başsağlığı verib.
F.Quliyev deyib ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq mübarizəsinin qəhrəmanlarıdır və onların xatirələri hər zaman azərbaycanlıların yaddaşında yaşayacaq.
Daha sonra səfir və deputat Zaur Darğallı Marneuli rayonunun Qızılhacılı kəndində İ.Mursaqulovun adını daşıyan küçəyə baş çəkiblər. R.Mursaqulov küçəyə şəhidin adının 1993-cü ildə verildiyini bildirib. F.Quliyev küçənin hazırkı vəziyyəti ilə maraqlanıb və şəhidin xatirə lövhəsinin quraşdırılmasının vacibliyini vurğulayıb.
Şəhidin qohumları göstərilən diqqət və ehtirama görə Azərbaycan səfirliyinə minnətdarlıq ediblər.

Xəbərlər Tarix: 20 Yan 2021 / 12:47
« Əvvəlki xəbər (2773 / 7293) Növbəti xəbər »