Neftin qiyməti təlabatla bağlı narahatlıq səbəbindən 1% azalıb

Dünya bazarında bu gün günorta saatlarında neft qiymətləri 1 faiz azalıb. Buna bir sıra xarici faktorlar, o cümlədən neftə tələbatla bağlı narahatlıqlar səbəb olub.
“Ugurmedia” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 14:17-də 0,99 faiz azalaraq 65,91 dollar səviyyəsində qərarlaşıb.
Bu arada WTI neftinin iyun fyuçersləri 1,09 faiz ucuzlaşaraq bir bareli 61,99 dollara satılıb.
Bu gün neft ticarətinə bir sıra amillər təsir göstərir. Koronavirus pandemiyası bu amillərdən biridir. Xüsusilə Hindistan və Yaponiyada artan yoluxmalara görə iqtisadiyyatın və neft təlabatının bərpası ilə bağlı qeyri-müəyyənliyi artıb.
Bundan başqa, Amerika Neft İnstitutunun (API) yaydığı məlumatlar göstərib ki, ABŞ-da son həftə ərzində neft ehtiyatları gözlənilmədən 0,4 milyon barel artıb. Bu isə öz növbəsində qiymətlərin azalmasına səbəb olur.
Sərmayədarların diqqətini həmçinin Dünya Bankının (DB) proqnozu çəkib. DB bu il neftin bir barelinin qiymətinin orta hesabla 56 dollar olacağını gözləyir. Onun proqnozuna görə, 2022-ci ildə neftin bir barelinin qiyməti 60 dollar olacaq.



Xəbərlər  Tarix:   21 Apr 2021 / 15:03


« Əvvəlki xəbər (2450 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR