“Vaqif Cəfərov” kran gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vaqif Cəfərov” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Məlumata görə, gəminin təmiri ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik kranın qolunun qaldırılması üçün istifadə olunan buraz dəyişdirilib, bütün istiqamətləndirici dairələr yoxlanılıb. Baş və köməkçi mühərriklər, nasoslar, yağ və su soyuducuları, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb, yüklərin bərkidilməsi üçün istifadə olunan metal konstruksiyalar yenisi ilə əvəzlənib.
Gəmi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.
Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də aparılıb.
İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb. Test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra “Vaqif Cəfərov” gəmisi istismara qaytarılıb.



Xəbərlər  Tarix:   29 İyun 2021 / 15:46


« Əvvəlki xəbər (2325 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR