“Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitablar təqdim olundu

Bu gün “İrs” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov və ictimaiyyət nümayəndələri iştirak edib.
Anar Kərimov bildirib ki, bu layihə Azərbaycan mədəniyyətini nəinki ölkədə, eləcə də bütün dünyada tanıdılmasına xidmət edir: "Bu kitabda Azərbaycanın təbiəti, mədəniyyəti, gözəlliyi əks olunub. Bu kitabın beynəlxalq səviyyədə tanıdılması istiqamətində uğurlu layihədir. Ümid edirik ki, xaricdəki insanlar bu kitablardan ilhamlanaraq ölkəmiz haqqında daha dolğun məlumat alacaq və yaxından tanış olmaq istəyəcəklər. Kitabların hazırlanması, məlumatların yoxlanılması böyük əziyyətdir, ona görə nəşrlərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram".
Qeyd edək ki, "Irs" silsiləsi çərçivəsində hazırlanan “Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitablar mədəni irsimizin müxtəlif sahələrini əks etdirən və indiyədək hazırlanmış silsilə kitabların davamı kimi qiymətləndirilir.



Xəbərlər  Tarix:   14 İyul 2021 / 15:51


« Əvvəlki xəbər (2267 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR