"Gənc qızların- Bahar 2019" kuboku keçirildi

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Gəncə şəhərinin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi ilə əlaqədar şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Gənc qızların Bahar - 2019 kuboku" layihəsinə start verilib.
Gəncə Musiqi kollecinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, "Gəncland" Ailəvi İstirahət və Əyləncə Mərkəzinin təşkilati dəstəyi ilə təşkil olunan layihə çərçivəsində idmanın 5 növü (futbol, voleybol, badminton, şahmat, dama) üzrə yarışlar təşkil olunacaq. Bu çərçivədə bu gün futbol üzrə yarışlar keçirilib. Yarışda Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi kolleci və Gəncə Dövlət Regional kollecin tələbə-gəncləri fəal iştirak etmiş, nəticədə Gəncə Dövlət Universitetinin komandası I yerə, Gəncə Dövlət Regional kollecin komandası II yerə, Gəncə Musiqi kollecinin komandası isə III yerə layiq görülmüşlər.
15 may tarixinə qədər davam edəcək layihənin təşkilində əsas məqsəd - gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, “Avropa İdman Şəhəri 2019” layihəsinə töhfə vermək, xanımların ictimai həyatda rolunun artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.



Xəbərlər  Tarix:   7 May 2019 / 21:59


« Əvvəlki xəbər (5710 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR