BEYNƏLXALQ TƏDBİRDƏ

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdədir.
Tədbirdə insan haqları, o cümlədən sosial hüquqlar, psixoloji sağlamlıq, dərman asılılığı problemı, həmçinin əmək miqrasiyasının uşaqlara təsiri, uşaqlara olan zorakılığın qarşısının alınması ilə bağlı məsələlərə baxılacaq. Yığıncağda Avropa Şurası İnkişaf Bankının gələcək fəaliyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.
Sonra millət vəkili AŞPA çərçivəsində keçiriləcək konfransda iştirak etmək üçün mayın 15-də Fransanın Strasburq şəhərinə səfərə gedəcək.
Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər mayın 18-də başa çatacaq.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   13 May 2019 / 20:01


« Əvvəlki xəbər (5623 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR