Filial rəhbəri Mətanət Akifqızı

Atalar deyib haran ağrıyırsa canın oradadır mən ataların bu məsəli ilə tam razıyam artıq 17 il idi ki, mən burunda çəpər əyriliyi,g və burun daxili bir neçə sınığın əziyyətini çəkirdim. Əvvəllər bu, mənə adi bir hal kimi gəlirdi. Xarici görünüşcə də, burunum yaraşıqsız idi ama, bu məni narahat etmirdi və kompleks yaratmırdı. Son illər yaşa dolduqca nəfəs almamda çox ciddi problemlər yaşayırdım son 1ildə isə, şiddətli baş ağrılarından əziyyət çəkməyə başladım. Hansı həkimə müraciət etsəm də mənə MRT aparatını məsləhət gördülər ki, biz bunsuz qərar verə bilmərik. Bir gecə şiddətli başağrısının sabahı durub MRT-ə getdim, və aparatın qərarlarını gətirib təqdim etdim Həkimimə. Sən demə məndə olan şiddətli başağrısının əsas səbəbkarı burnumda olan sümük sınıqları, və çəpər əyriliyi imiş. Demək olar ki, mən burundan nəfəs ala bilmirdim. Həkimimin tövsiyyəsi təcili əməliyyat etdirməyim oldu. Doğrusu bir az, madiyyat bir az pandemiya şəraitində əməliyyat keçirmək məni qorxutdu. Bir gün sosial şəbəkələrin birində İstanbul Hosbital klinikasının reklamını gördüm və başladım bu klinikada olan cərrahları araşdırmağa. Mən Qorxmaz Azimov adlı cərrahı onun, təhsilindən tutmuş, iş təcrübəsinə qədər maraqlandım. Onun haqqında rəylər nə bilim nələr nələr.... May ayı iş yoldaşım Rəna xanımla gəldim klinikaya, klinikada özümə qarşı çox doğmalıq hiss elədim Məni Klinikanın direktor müavini Aysel xanım çox mehribancasına qarşıladı. Söhbət əsnasında mənim müayinə olunmağım lazım olduğunu dedi və bu mənim üçün tam ödənişsiz olunacağını söylədi. Mən qalxdım Natavan həkimin yanına və burunum təzədən yoxlanıb diaqnozu verildi. Qanımdan analiz götürüldü, ürəyim Exo kordioqramma olundu, ciyərlərim yoxlandı və əməliyyat olunmaq üçün heç bir problemin olmadığını dedilər bütün bu prasedurları mənimlə addım addım keçən cərrahiyyə şöbəsindən olan gözəl şirin Ülkər xanım oldu. Son etab Qorxmaz Azimovun müayinəsinə çatanda mənə sualı necə bir burun istəyirsən? Və mənim cavabım həkim mən gözəllik üçün yox, sağlamlığım üçün müraciət etmişəm, və burnumun görünüşünü sizə həvalə edirəm, üz cizgilərimə uyğun bir burun edin deməyim mənə elə gəlir ki, Qorxmaz həkimin xoşuna gəldi. Beləliklə böyük gün gəldi və mən 31 mayda əməliyyat masasına çıxdım. Mən bu gün Qorxmaz həkimi reklam etmək üçün yox ona və bütün İstanbul Hosbital klinikasına təşəkkür etmək üçün yazıram bunları. Bu gün mən rahat nəfəs ala bilirəmsə mən bunu bu kollektivə və Qorxmaz Azimova borcluyam. Həyatda risk etməyə dəyər çünki olmaz alınmaz deyə bir şey yoxdur insan övladı istəyərsə. Qorxmaz həkim(Müxalifət) və mən (İqtidar) biz istədik və bu gün nəticə ikimiz üçün də əladır. Bütün İstanbul Hosbital kollektivinə Əməkdaşı olduğum Ugurmedia.az ailəsi və Təsisçi və baş redaktorumuz Tərlan Abbasov adından sonsuz teşekkürlərimi bildirirəm Rəhbəri Əziz müəllimdən tutmuş mənə əziyyəti keçmiş tibb bacısı, və Gülnaz xalaya qədər. Ugurmedia.az-ın Filial rəhbəri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   9 İyun 2021 / 16:00


« Əvvəlki xəbər (2376 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR